Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada konsert zamanı yaranan izdihamda azı 8 nəfər ölüb.
Sitat.info xəbər verir ki, bu barədə Konqonun ACP xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, insident paytaxtın ən böyük stadionunda məşhur konqolu müğənni Fally İpupanın konserti zamanı baş verib. Ölənlərin yeddisi tamaşaçı, biri polisdir.
Kəmalə,
SİTAT.İNFO