Amerika Prezidenti Cozef Bayden ABŞ-dakı ştatların sayını səhv deyib.
Sitat.info xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
2018-ci ildə demokratların Pensilvaniya ştatında apardığı seçki kampaniyasından danışan Bayden ABŞ-ın 54 ştatında səfərdə olduqlarını qeyd edib:
“Zarafat etmirəm. Ona görə də 2018-ci ildə qalib gəldik. Biz 54 ştata səfər etdik”.
Qeyd edək ki, Amerika 50 ştatdan və bir federal dairədən ibarətdir.