Bu, Rusiyanın boğazında sümük kimi idi - Ekspert

08:36 31 Oktyabr 2022

Rusiyanın taxıl sazişindən çıxması əslində Kreml üçün bir çox mənfi nəticələri olacaq növbəti biabırçılıqdır.

Sitat.info xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.

"Hər dəfə Rusiya hansısa rüsvayçılıq yaşayanda qəzəblənir və primitiv şantajlara əl atır. Hər fiasko isteriya və primitiv, mənasız şantajdır. Rusiya "Kalibr" qanadlı raketləri daşıyan hərbi gəmilərə hücumun qarşısını ala bilmirdi. Ukraynanın dinc şəhərlərini və Ukraynanın mülki infrastrukturunu atəşə tuturdu.

Əslində, bu sövdələşmə uzun müddətdir ki, onun boğazında sümük kimi idi və onu çıxarmağa səbəb axtarırdı”, - ekspert bildirib.

O qeyd edib ki, bu, Kreml üçün ciddi nəticələrə səbəb olacaq:

"Bu rəzalət Rusiya üçün yaxın gələcəkdə daha böyük nəticələrə səbəb ola bilər. Çünki onların şantajı artıq bezdirici qədər qorxulu deyil".//Axar.az



Xəbər xətti