"Bəzən ordunu məğlub edə bilərsən, amma milləti heç vaxt məğlub edə bilməzsən.
Putin enerji infrastrukturuna hücumlarla ukraynalıları qorxutmağa çalışır. Onun bu əməli ukraynalıları daha da qəzəbləndirir.
Sitat.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu İsveçrənin “20 Minuten” nəşrinə müsahibəsində Kiyev meri Vitali Kliçko deyib.
Kliçko bildirib ki, Putin istilik sistemlərini məhv etməklə, xalqı soyuqdan qışda dondurmaq istəyir:
Vladimir Putinin hədəfi istilik sistemlərimizi məhv etməkdir. O, qışda donmağımızı istəyir. Rusiya bizi depressiyaya salmağa, şəhərdə xaos, qorxu və terror ab-havası yaratmağa çalışır. Amma Ukrayna xalqı bunun əksini edir. Vətənimizdəki dağıntılara görə qəzəbimiz artır. Moskva başa düşmür ki, bəzən ordunu məğlub edə bilərsən, amma xalqı və milləti heç vaxt məğlub edə bilməzsən. Biz güclüyük və Putinin şansı yoxdur”.
Vitali Kliçko Kiyevin Putinin enerji terroruna necə qarşı çıxmağa hazırlaşmasından da danışıb:
"Biz bunun qarşısını almağa çalışırıq, müxtəlif taktikalar hazırlamışıq və şəhər boyu mindən çox istilik məntəqəsi quraşdırmışıq. İnsanlar burada yatıb isinirlər. Həmçinin məktəblər və xəstəxanalar üçün kifayət qədər ehtiyat generator almışıq. Şəhərin hər bir rayonunda hər gün bir neçə saat işıq kəsilir. Qış asan olmayacaq,amma biz hazırıq. ".
Mənbə UNİAN
Məğrur,
Sitat.info