12 ölkədən Ukraynaya dəstək gəldi - "Rusiya bizi və ya tərəfdaşlarımızı sındırmasına imkan verməyəcəyik"

08:10 1 Noyabr 2022

"Xarici İşlər Nazirliyi Rusiyanın raket terroru nəticəsində zərər çəkmiş Ukraynanın enerji infrastrukturunun bərpası üçün beynəlxalq tərəfdaşlarla aktiv iş aparır. Artıq 12 ölkənin hökumət və şirkətləri ilə razılaşmalar əldə olunub".

Sitat.info "Ukrinform"-a  istinadən xəbər verir ki, bunu xarici işlər naziri Dmitri Kuleba bəyan edib.

"Ukrayna diplomatları öz tərəfdaşları ilə daim təmasdadırlar. Onlar ukraynalıların evlərində işıq, qızdırıcı və suyun olmasını təmin etmək üçün hər bir səy göstərirlər. Biz Rusiyanın Ukraynanın  infrastrukturuna qarşı törətdiyi terror aktlarının nəticələrinin aradan qaldırılması üçün lazımi yardım və avadanlıq gətiririk. Rusiya terrorunun bizi və ya tərəfdaşlarımızı sındırmasına imkan verməyəcəyik", - nazir vurğulayıb.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti