İngiltərə kraliçası II Elizabetin ölümündən sonra Avstraliya respublika olmaq üçün fəaliyyətə keçdi. 2023-cü ildə ölkədə Britaniya monarxiyasından çıxıb respublikaya çevrilmək üçün məsləhətləşmə görüşləri keçiriləcək.
Sitat.info "9new"a istinadən xəbər verir ki, İngiltərə kraliçası II Elizabetin ölümündən sonra Avstraliyada yenidən respublika müzakirələri gündəmə gəlib.
Federal hökumət 2023-cü ilin ilk aylarında Avstraliyanın monarxiya ilə əlaqələrini kəsib-kəsməməsi ilə bağlı ictimaiyyətin rəyini öyrənmək üçün məsləhətləşmə görüşləri keçirəcək.
Nümayəndələr Palatasının avstraliyalı üzvü Matt Thistlethwaite-nin ictimaiyyətin rəyini öyrənmək üçün "dinləmə turuna" çıxacağı bildirilir. Ekspertlər deyirlər ki, konstitusiyanın dəyişdirilməsi üçün xalqın çoxluğu “bəli” olaraq səs verməli və 6 ştatdan 4-ü “bəli" olaraq qərar verməlidir.
Qeyd edək ki, Avstraliyanın respublika hərəkatı 1999-cu ildə referendumda məğlub olduqdan sonra zəiflədi, lakin Kraliça II Yelizavetanın ölümü bəzi müxalif qüvvələrin monarxiyadan əl çəkməyə çağırışlarına səbəb oldu.
Avstraliyanın baş naziri Antoni Albanese sentyabrın 12-də yenidən seçiləcəyi təqdirdə Böyük Britaniyanı tərk etmək üçün referendum keçirəcəyini bildirib.
Seymur, Sitat.info