"Amerika neft şirkətləri dünya enerji bazarında rekord qazanclar əldə edirlər, lakin Amerika xalqına dəstək vermək öhdəliklərini yerinə yetirmirlər. Onlar ölkədə yanacağın qiymətini azaltmaqdan imtina edirlər".
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, bunu dünən ABŞ prezidenti Co Bayden Ağ Evdə müxbirlərlə söhbətində bildirib.
"Neft sənayesi Amerikaya sərmayə qoymaq, Amerika xalqını dəstəkləmək öhdəliyini yerinə yetirməyib. Ən böyük neft şirkətləri bir-bir rekord mənfəətlərini açıqlayırlar. Bu, gördükləri iş üçün ədalətli bir qazanc deyil, qazancın bu qədər yüksək olduğuna inanmaq çətindir".
Bayden deyib ki, bu şirkətlər Amerikaya investisiya qoyuluşunu artırmaq və Amerika istehlakçıları üçün vəziyyəti yaxşılaşdırmaq əvəzinə, super qazanclarını səhmdarlara yönəldirlər".
Səid İsaoğlu,
Sitat.info