Ukrayna hərbçiləri Poltava bölgəsi üzərində rusların pilotsuz uçuş aparatları aşkar edib və onlardan üçünü vurublar.
SİTAT.İNFO Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Poltava regional hərbi Administrasiyasının rəhbəri Dmitri Lunin Telegramdakı açıqlamasında bildirib.
"Poltava bölgəsi üzərində düşmən dronlarından üçü məhv edildi. Bölgədə daha bir neçəsi tapıldı" .
Lunin sakinləri sığınacaqda qalmağa çağırıb: "Dörd düşmən dronu mülki hədəfləri vurdu. Xilasedicilər hadisə yerindədir və yanğın söndürülür. İndiyə qədər heç bir itki açıqlanmayıb".
Səid İsaoğlu,
Sitat.info