BMT Rusiya olmadan taxıl dəhlizini artıq belə davam etdirəcək

09:36 1 Noyabr 2022

Birləşmiş Millətlər Təşkilatı, Türkiyə və Ukrayna ilə birlikdə Rusiyanın dayandırıldığını elan etdiyi taxıl dəhlizinin icrasını birtərəfli qaydada davam etdirmək qərarına gəlib.

 

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Ukraynadan taxılla yüklənmiş daha 12 gəmi yola düşüb. Rusiya marşrutun birtərəfli daşımalara bağlı olduğunu bildirib və “dəhlizdən istifadə edəcək gəmilərin hədəf ola biləcəyi” xəbərdarlığını edib.

Davam etmək qərarı İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən qəbul edilib. Ukrayna administrasiyası Rusiya ilə dəhlizdən istifadə ilə bağlı heç bir razılaşmanın olmadığını bəyan edərək, “Ukrayna BMT və Türkiyənin Taxıl Dəhlizi ilə bağlı təkliflərini qəbul edib və taxılla yüklənmiş 12 gəminin Ukrayna limanlarını tərk etməsi üçün yaşıl işıq yandırıb. Bundan əlavə, daha əvvəl İstanbulda yoxlanılan 4 gəminin Ukrayna limanlarına buraxılmasına icazə verilib”, – deyə bəyan edib.

/Manset.az



Xəbər xətti