Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Oleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, tərəflər söhbət zamanı “taxıl sazişi” ilə bağlı vəziyyəti müzakirə edib.
Bildirilir ki, Hulusi Akar sazişin müddətinin uzadılmasının zəruriliyini qeyd edib.
Xatırladaq ki, Rusiya bir neçə gün əvvəl “taxıl sazişi”ndən çıxdığını elan edib.