Dünyaca məşhur Amazon şirkəti üçüncü rübün sonunda 2,9 milyard dollar mənfəət əldə edib. Ancaq ardınca gələn xəbər şirkətə ciddi itki yaşadıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Amazondan verilən açıqlamaya görə, şirkət ilin son rübündə 140-148 milyard dollar arasında gəlir gözlədiyini və Milad satışlarının gözlənildiyindən az olacağını açıqlayıb.
Analitiklər isə sonuncü rübdə Amazonun ən azı 155 milyard dollar qazanacağını düşünürdü. Bu açıqlama investorlarda arasında çaxnaşma yaratdığından Amazon səhmləri cəmi bir neçə dəqiqə ərzində 20 faiz dəyər itirüb.
Birja dəyəri trilyon dolları keçən şirkət dəyərinin təxminən 20 faizini itirib ki, nəticədə birja səhmləri 200 milyard dollardan çox itkiyə çevrilib.
Nərgiz,
SİTAT.İNFO