Bayden Zelenskiyə qəzəblənib: Telefon danışığında əsəblər tarıma çəkilib...

13:20 1 Noyabr 2022

ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı zamanı gərginliyin artdığı iddia edilir.

Sitat.info xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərdə Rusiyanın Ukraynaya təcavüzündən sonra Bayden və Zelenski arasında telefon danışığı artıq adi hala çevrilib. Bu görüşlərdən birində hətta liderlər arasında gərginlik artıb. Belə ki, iyun ayında telefon danışığı zamanı əsəblər tarıma çəkilib.

Belə ki, Bayden danışıq zamanı Ukraynaya əlavə 1 milyard dollarlıq hərbi yardım haqqında açıqlamalarını bitirən kimi Zelenski Ukraynanın ehtiyac duyduğu və ala bilmədiyi bütün əlavə yardımları sadalamağa başlayıb və Bayden bundan qəzəblənib.

Məlumata görə, ABŞ hökumətinin yüksək rütbəli rəsmiləri, Bayden və onun administrasiyası əllərindən gələni etsələr də, Zelenski ictimai rəydə diqqəti edilməmiş işlərə yönəltməyə  davam edir.

Media, Bayden və Zelenskinin münasibətlərinin iyun ayında telefon danışığından sonra yaxşılaşdığını söyləyib. Görüşdən sonra Zelenski ABŞ-ı səxavətli yardımlarına görə tərifləyən bəyanatla çıxış edib.

Zelenskinin iyun ayındakı telefon danışığından sonra gərginliyi azaltmağa qərar verdiyi və Baydenə təşəkkür etmək üçün həmin gün ictimaiyyətə video paylaşdığı bildirilir. Zelenski videoda "Bu gün ABŞ prezidenti Baydenlə mühüm görüş keçirdim. Bu dəstəyə görə minnətdaram. Bu, Donbasdakı müdafiəmiz üçün xüsusilə vacibdir"- deyib.

Görüşdən sonra açıqlama verən Bayden, Zelenskiyə 1 milyard dollarlıq yardım barədə məlumat verdiyini açıqlayıb. Söz verib ki, ABŞ "öz azadlığı üçün mübarizə aparan Ukrayna xalqına verdiyi öhdəliyindən əl çəkməyəcək. .

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti