Ermənistanın Baş naziri Nikol Paşinyan İrana rəsmi səfərə yollanıb.
“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.
Paşinyan Tehrana səfəri çərçivəsində ölkə Prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq.
11:21
Nikol Paşinyanın Tehrana rəsmi səfəri başlayıb.
“IRNA” agentliyinin məlumatına görə, onu Tehranda iranlı məmur Məsud Mirkazımi qarşılayıb. Bunun ardınca, Saadabad Sarayında Paşinyanın İran Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanma mərasimi baş tutub.
14:31
İbrahim Rəisi və Nikol Paşinyanın görüşündən sonra birgə mətbuat konfransı təşkil olunub.
Rəisi mətbuat konfransında çıxışı zamanı bildirib ki, Paşinyanın Tehrana səfəri Ermənistan və İran arasında münasibətlərin inkişaf etdirilməsi baxımından dönüş nöqtəsi olacaq: “Bu gün keçirdiyimiz görüşdə iki ölkə arasında iqtisadi, ticarət və təhlükəsizlik sahələrində əlaqələrin inkişaf etdirilməsini müzakirə etdik”.
/Qafqazinfo