Dünyaca məşhur ingilis rok qrupu "Coldplay" İranda baş verən etiraz aksiyalarına dəstək verib.
Sitat.info xəbər verir ki, Britaniyanın "Coldplay" rok qrupu Buanes-Ayresdəki konsertində İrandakı etirazların simvolu olan "Baraye" mahnısını ifa edib.
Qrupun solisti Kris Martini səhnədə iranlı aktyor Gülşiftə Fərahani müşayiət edib.
Martin mahnını İrandakı etirazçılara dəstək üçün oxuduqlarını bildirib.