Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə taxıl müqaviləsini müzakirə edib.
Sitat.info xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
“Noyabrın 1-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Türkiyə tərəfinin təşəbbüsü ilə Türkiyə Respublikasının Müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb”, - nazirlikdən bildirilib.
Rusiya Müdafiə Nazirliyi “Qara dəniz taxıl təşəbbüsü çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasını Rusiya tərəfinin dayandırması” mövzusunun müzakirəsinin davam etdirildiyini qeyd edib.