ABŞ və Səudiyyə Ərəbistanının İranın hücumuna hazır olduqları iddiası

22:08 1 Noyabr 2022

"Bölgədəki maraqlarımızı və tərəfdaşlarımızı müdafiə etmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik"

Sitat.info AA-na istinadən xəbər verir ki,  ABŞ-ın aparıcı qəzetlərindən olan Wall Street Journal-a danışan ABŞ və Səudiyyə rəsmiləri İranın diqqəti ölkə daxilindəki etirazlardan yayındırmaq üçün yaxın vaxtlarda Səudiyyə Ərəbistanı və İraqın Ərbil şəhərindəki bəzi hədəflərə hücum edə biləcəyini bildiriblər.

Səudiyyə Ərəbistanının bu kəşfiyyatı ABŞ rəsmiləri ilə paylaşdığına diqqət çəkən xəbərdə iki ölkə və bəzi digər ölkələrin ordularının həyəcan vəziyyətində olduğu bildirilib.

ABŞ-dan 'hərəkət etməkdən çəkinmirik' mesajı Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi məsələ ilə bağlı AA müxbirinə aşağıdakı açıqlamanı verib:

"İran təhdidinin ortaya çıxmasından narahatıq. Biz hərbi və kəşfiyyat kanalları vasitəsilə Səudiyyə Ərəbistanı ilə daimi təmasdayıq. Bölgədəki maraqlarımızı və tərəfdaşlarımızı müdafiə etmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik".

Seymur, 

Sitat.info



Xəbər xətti