“Rusiya Ukraynada döyüşmək üçün keçmiş əfqan komandolarını muzdlu əsgər kimi cəlb edir”
Sitat.info tr.euronew-ə istinadən xəbər verir ki, Keçmiş əfqan generalları iddia edirdilər ki, Əfqanıstanda ABŞ tərəfində döyüşən keçmiş əfqan komandoları Rusiya tərəfindən Ukraynada döyüşmək üçün muzdlu kimi cəlb olunub.
Üç keçmiş əfqan generalı AP-yə bildirib ki, Rusiya əfqan xüsusi təyinatlılarının keçmiş əsgərlərini ayda 1500 dollar maaş və ailələri ilə birlikdə təhlükəsizlik vədi ilə Rusiya ordusunun xarici kontingentinə cəlb etməyə çalışır.
ABŞ tərəfindən təlim keçmiş əfqan komandolarından ibarət bu xüsusi təyinatlı əsgərlərin əksəriyyəti ABŞ-ın Əfqanıstandan çıxarılması ilə İrana qaçıb.
İddia edən generallardan biri Əbdül Rauf Argandival bildirib ki, əsgərlər Rusiya üçün döyüşmək istəmirlər, lakin onların başqa seçimləri yoxdur. Arqandival bildirib ki, İrandakı komandolar Əfqanıstana göndəriləcəkləri təqdirdə Taliban tərəfindən deportasiya olunmaqdan və öldürülməkdən qorxurlar.
Arqandivalın sözlərinə görə, əfqan komandolarının işə götürülməsi prosesi Rusiyanın muzdlu qüvvələri olan Vaqner Qrupu tərəfindən idarə olunur.
Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl son Əfqanıstan ordusunda Quru Qoşunlarının komandanı olan Hibatullah Əlizai Rusiyada yaşayan keçmiş əfqan xüsusi təyinatlıların komandirinin bu prosesdə Rusiya ordusuna kömək etdiyini bildirib.
“ABŞ komandoları Talibanın əlinə buraxır”
Əfqanıstanda xidmət etmiş keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Maykl Mulroy ABŞ-ın söz verdiyi kimi bu əsgərlərə kömək etmədiyini bildirib. Əfqan komandolarının cəsur və təlim keçmiş döyüşçülər olduğunu ifadə edən Mulroy, "Açığı, mən onları heç bir döyüş meydanında, xüsusən də ukraynalılarla döyüşərkən görmək istəmirəm" dedi.
Rusiya Müdafiə Nazirliyi iddiaları cavabsız qoysa da, bu yaxınlarda Vaqner Qrupunun yaradıcısı olduğunu etiraf edən Yevgeni Prixojinin sözçüsü əfqan döyüşçülərinin orduya cəlb edilməsi iddiasını “cəfəngiyyat” adlandırıb.
AP-yə danışan komandolardan biri bildirib ki, İranda WhatsApp vasitəsilə əlaqə saxladığı 400-ə yaxın komando Rusiyanın təklifini dəyərləndirir. Bu şəxs özü kimi bir çox döyüşçünün deportasiya olunmaqdan qorxduğunu və onları Talibanın əlinə buraxdığına görə ABŞ-a qəzəbləndiyini bildirib.
Seymur,