İranda whatsapp və Instagram sosial şəbəkələrinə blok qoyulub.
Sitat.info xəbər verir ki, bu barədə İranın Hibrid Müdafiə Təşkilatının komandiri general Cəlali məlumat yayıb.
Cəlali bildirib ki, şirkətlər daxili qanunlara əməl edəcəkələri barədə öhdəlik götürənə qədər qadağa davam edəcək:
"Instagram və WhatsApp sosial şəbəkələrinə qoyulan blok İran Milli Təhlükəsizlik Şurasının qərarı ilə tətbiq edilib və bu şirkətlər ölkəmizin daxili qanunlarına əməl edəcəkləri barədə öhdəlik götürənə qədər bu qadağa davam etdirilə bilər".
Səid İsaoğlu,
Sitat.info