SEPAH-ın dron və raket birləşmələri İran körfəzi və ölkənin qərb bölgələrində döyüş hazırlığı vəziyyətinə gətirilib.
Sitat.info xəbər verir ki, bu sözləri İran hökumətinə bağlı jurnalist Rza Abbasi sosial şəbəkə hesabında yazıb.
“Şah-Çıraq ziyarətgahında törədilən terror hücumunun iştirakçılarından intiqam almaq artıq qətiləşib və bunun üçün uyğun vaxtın seçilməsi və tədbirin həyata keçirilmə növü ölkənin yüksək səviyyəli təhlükəsizlik dairələri tərəfindən dəyərləndirilir".
Qeyd edək ki, “Vol Strit Jurnal” İranın daxildəki etirazlardan diqqəti yayındırmaq üçün Səudiyyə Ərəbistanı və İraqa zərbə endirə biləcəyi haqda sensasion məlumat paylaşıb.//Axar.az