SON DƏQİQƏ! Koreya Yaponiya dənizinə doğru ballistik raket atdı

09:21 2 Noyabr 2022

"Koreya Yaponiya dənizinə doğru ballistik raket atdı". Bu barədə Yaponiya Sahil Mühafizəsindən bildirilib.

Sitat.info Tass agentliyinə istinadən xəbər verir ki, Yapon mühafizəçiləri bölgədəki gəmilərə raket dağıntılarının aşkarlanacağı müddətə qədər onlara yaxınlaşmamağa, dərhal səlahiyyətli orqanlara müraciət etməyə çağırırlar.

Yaponiyanın Sahil Mühafizəsinə görə, KXDR-in buraxdığı ballistik raket düşsə belə düşdüyü yer tam olaraq bilinmir. 

Yaponiyanın Baş naziri Fumio Kişidanın ofisi nəzdində Pxenyanın yeni raket atışı haqqında məlumatların təhlili və toplanması ilə məşğul olan böhran mərkəzi fəaliyyətə başladı.

Qeyd edək ki, ilin əvvəlindən KXDR 29 raket atıb, bunlardan 23-ü müxtəlif növ ballistik raketlərdir.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti