"Son məlumatlara görə, fevral ayından bəri Rusiyaya 4,7 milyon qaçqın, o cümlədən 705.000 uşaq gəlib".
Sitat.info Tass agentliyinə istinadən xəbər verir ki, 40 mindən çox insan, o cümlədən 12 mini uşaq olmaqla müvəqqəti yaşayış mərkəzlərindədir. Qalanları qohumların yanında və ya xüsusi olaraq yerləşdirilib.
Kreml məlumat yayıb ki, Rusiyaya gələnlərə psixoloji və hüquqi yardım göstərilir. 87 mindən çox insan tibbi yardım üçün müraciət edib. Bundan əlavə, qaçqınlara adambaşına 10 min rubl məbləğində birdəfəlik maddi yardım göstərilir. İndiyədək ümumilikdə 10,6 milyard rubldan çox pul ödənilib.
Səid İsaoğlu,
Sitat.info