Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi deyib ki, ABŞ İranın Səudiyyə Ərəbistanına təhdidlərindən narahatdır və lazım gələrsə, cavab verməkdən çəkinməyəcək.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ və İran arasında gərginlik davam edir.
Belə ki, Səudiyyə Ərəbistanının ABŞ-ı İranın mümkün hücumu ilə bağlı xəbərdar etməsindən sonra Ağ Ev açıqlama verib.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi deyib ki, ABŞ İranın Səudiyyə Ərəbistanına təhdidlərindən narahatdır və lazım gələrsə, cavab verməkdən çəkinməyəcək.
"Biz təhdid mənzərəsindən narahatıq və hərbi və kəşfiyyat kanalları vasitəsilə səudiyyəlilərlə daimi əlaqə saxlayırıq. Bölgədəki maraqlarımızı və tərəfdaşlarımızı müdafiə etmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik", - Kirbi açıqlamasında bildirib.
Nərgiz,
SİTAT.İNFO