Rusiyada 17 milyonluq körpü gülüşə səbəb oldu - Foto

14:18 2 Noyabr 2022

Rusiyanın Voloqda vilayətinin Kiçmenqsk kəndində 17 milyon rubla başa gələn körpünün açılışı baş tutub.

Sitat.info xəbər verir ki, açılış mərasimində vilayət məclisinin deputatı Pavel Qorçakov da iştirak edib və körpünün açılış lentini kəsib.

Qorçakov bununla bağlı özünün Vkontakte səhifəsində məlumat verib, mərasimdən fotolar da yerləşdirib.

Lakin deputatın paylaşdığı fotolar sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Çünki körpünün yerləşdiyi ərazidəki yolun asfalt örtüyü bərbad vəziyyətdə olub. Deputatın yerli sakinlərlə dağılmış yolun fonunda şəkillər çəkdirməsi gülüş obyektinə çevrilib.

Daha sonra Voloqda regional administrasiyasının rəhbəri Sergey Ordin bildirib ki, kəskin hava şəraiti səbəbindən asfalt zavodu fəaliyyətini dayandırdığı üçün yolun təmiri həyata keçirilməyib. Administrasiya rəhbəri söz verib ki, yol yazda təmir olunacaq.//Axar.az




Xəbər xətti