Moskva taxıl sövdələşməsinin uzadılması ilə bağlı qərarını noyabrın 18-dən sonra verəcək.
Sitat.info xəbər verir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəis müavini Andrey Rudenkonun sözlərinə görə, Moskva sövdələşmədən geri çəkilmədiyinə, sadəcə iştirakını bərpa etdiyinə görə ona qayıtmır.
"Müddətin uzadılması məsələsinin həllinə gəlincə, bu, ayrı bir məsələdir və bu barədə bütün faktlar nəzərə alınmaqla qərar veriləcək. Əsas odur ki, BMT, Ukrayna və Türkiyə ilə bağlanmış sövdələşmə tam həyata keçirilsin. Təəssüf ki, biz burada böyük disproporsiya görürük. Razılaşmanın Rusiya hissəsi çox pis həyata keçirilir. Biz bunu nəzərə alacağıq”, - diplomat bildirib.
Məğrur,
SİTAT.İNFO