Taxıl dəhlizinin açılmasına dünyadan müsbət reaksiyalar gəldi

22:12 2 Noyabr 2022

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Qara dəniz vasitəsilə taxıl ixracına icazə verən beynəlxalq müqaviləyə əməl etməyə davam edəcəyini, lakin sazişdən çıxmaq hüququnu özündə saxlayacağını bildirib.

Sitat.info-nun məlumatına görə, O,  həmçinin bildirib ki, Rusiya bunu etsə, Türkiyəyə taxıl daşınması əngəllənməyəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Rəsmi Moskva Qara dənizdəki donanmasına pilotsuz təyyarələrin hücumu səbəbi ilə oradan keçən mülki gəmilərin təhlükəsizliyinə təminat verə bilməyəcəyini bildirərək müqavilədən çıxmışdı.

Çərşənbə günü o, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə bir dönüş etdi və razılaşmanın davam edəcəyini açıqladı.

Seymur,

Sitat.info



Xəbər xətti