Ukraynanın bu bölgəsində şiddətli döyüşlər: Ruslar şəhərə buraxılmadı

12:50 3 Noyabr 2022

Ötən gün Ukraynanın Boqorodiçnı adlanan bölgəsində 1 gündən artıq müddətdə şiddətli döyüş gedib. Bu ərazi ruslar üçün əhəmiyyət kəsb etdiyindən döyüşlər ara verməyib.

Donetskin Boqorodiçne adlanan ərazisində rus işğalçıları kəndi viran qoyub, bütün evlər dağıdılıb.

Sitat.info xəbər verir ki, Telegram-da "Azadlıq Radiosu"nun jurnalistləri tərəfindən kənddən görüntülər paylaşılıb.

Ukrayna ordusu rusların bütün hücumlarını dəf edib və işğalçını şəhərə buraxmayıblar. 

Kənd çox ciddi dağıntılara məruz qalıb. Fotodan görünür ki, kənddəki bütün binalar zədələnib, körpü qırılıb, hər yerdə rusların yanmış avadanlıqları var. Demək olar ki, kənddə insan qalmayıb. 

Səid İsaoğlu,

Sitat.info




Xəbər xətti