SON DƏQİQƏ: Rusiyadan “taxıl dəhlizi” şərti: Əsas güvən faktoru Türkiyədir...

15:32 3 Noyabr 2022

Həftə sonu Ukrayna limanlarından dünya bazarına taxıl daşımalarını təmin edən razılaşmanı dayandıran Rusiya, Türkiyənin müdaxiləsi ilə qərarından geri çəkilib.

Sitat.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra Moskvanın razılaşmaya qayıtmaq qərarına gəldiyini bildirib. Ərdoğan “Dünən zəng etdim, bu gün saat 12-dən başlayaraq taxıl dəhlizini açdılar” deyərək Putini necə razı saldığını danışıb.

“Türkiyənin taxıl sövdələşməsində iştirakı razılaşmalara etimadın əsas amilidir”, - Kremlin bugünki bəyanatında deyilir.

Kreml də taxıl dəhlizi sazişinin uzadılması ilə bağlı qərarın verilmədiyini bildirib.
Dünən Rusiya lideri Vladimir Putin də müqavilədən çıxmaq hüquqlarını qoruyub saxladıqlarını, lakin bunun Ukraynadan Türkiyəyə taxıl daşınmasına mane olmayacağını bildirib.

Bu gün səhər saatlarında taxılla yüklənmiş 7 gəmi Ukrayna limanlarından yola düşüb. 290 min ton yük daşıyan gəmilər Bosfor boğazından keçərək Asiya və Avropa bazarlarına çıxacaq.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti