Dünyada həyəcan təbili: 23 tonluq raket nəzarətdən çıxdı, hara düşəcəyi bəlli deyil...

17:22 3 Noyabr 2022

Bazar ertəsi Çinin Tiangong kosmik bazasından atılan 23 tonluq raket yerə nəzarətdən çıxıb. Raketin tam olaraq hara düşəcəyi bəlli deyil.

Çin kosmik tədqiqatda sürət qazanır. Tezliklə öz Tiangong kosmik stansiyasını işə salmağı planlaşdıran ölkə bunun üzərində işini davam etdirir.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 31-də  Çin  "Long March-5b y4" raketini göndərdi. Bura qədər hər şey normal idi. Ancaq bu gün dünyada Çin raketi ilə bağlı həyəcan elan edildi. Çünki 23 tonluq"Long March-5b y4" raket parçası nəzarətdən çıxaraq yerə düşür.

Raketin bir qismi atmosferdən keçərkən yanacaq, ancaq raketin gövdəsi böyük olduğu üçün tam parçalanmayacaq.

Çin raketi haqqında tvit yazan aerokosmik şirkət xəritəni paylaşıb. Xəritəyə görə, raketin düşəcəyi ehtimal olunan yerlər arasında Türkiyə də var. Ancaq bu ehtimal çox az görünür.

Səid İsaoğlu,

Sitat.info




Xəbər xətti