Xəbər verdiyimiz kimi, minlərlə tərəfdarı ilə paytaxt İslamabada yürüş edən Pakistanın keçmiş baş naziri İmran Xana silahlı hücum təşkil edilib. İmran Xanı sağ ayağından yaraladıqldan sonra onu öldürmək üçün atəş açmağa davam edən sui-qəsdçi son anda bir vətəndaş tərəfindən dayandırılıb. Hücumun qarşısını alan şəxs Pakistan xalqı tərəfindən qəhrəman elan edilib, onu çiyinlərində gəzdiriblər.
Qeyd edək ki, aldığı güllələrdən yaralanan Xan təcili müalicəyə götürülüb.Onun mühafizəçiləri hücum edən şəxsə atəş açıb.
Xana sui-qəsddən sonra baş verənlərin görüntüləri tezliklə yayılıb. Görüntülərdə bir nəfərin bütün riskləri üzərinə götürərək silahlıya müqavimət göstərməyə çalışdığı görülür. Hücumun qarşısını almaq istəyən şəxsin müvəffəqiyyətindən sonra təcavüzkar ikinci atəşi aça bilmədən ərazidən qaçmalı olub.
İmran Xana hücumun qarşısını alan şəxs hadisədən sonra bütün ölkə üzrə qəhrəman elan edilib. Pakistan xalqı təcavüzkara müqavimət göstərən şəxsə minnətdarlıq borcunu bildirib və hökuməti onu mükafatlandırmağa çağırıb.
Məğrur,
SİTAT.İNFO