Ukrayna ilə Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş tutdu

18:34 3 Noyabr 2022

Bu gün Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi olub.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Ukraynada saxlanılan 107 əsir Rusiya hərbçisi azad olunub. Rusiyanın da Ukrayna tərəfinə 107 hərbçini qaytardığı bildirilir.

Rus əsirlər müalicə və reabilitasiya üçün Moskvaya göndəriləcəklər.



Xəbər xətti