İranda qorxu divarı uçurmu? Əmini etirazlarının iştirakçıları deyirlər:

21:36 3 Noyabr 2022

İranda 22 yaşlı Məhsa Əmininin həbsdə olarkən ölümündən sonra başlayan və 7 həftədir davam edən etirazlar, azadlıqları üçün küçələrə çıxan insanların 'qorxu divarını yıxmasının' işarəsi olaraq təyin olunur. Həqiqətən belədir? İranda etirazçılar nə deyir?

Sitat.info xəbər verir ki, Soyadının anonim qalmasını istəyən Şide adlı şəxs Reuters-ə danışarkən deyib; hələ uşaq ikən valideynləri ona hökumət əleyhinə nümayişlərə qatılmamağı məsləhət görüblər.

17 yaşı tamam olan qadın vəziyyətin indi dəyişdiyini, Əmini həbsdə olarkən vəfat etdikdən sonra anası ilə birlikdə hökumət əleyhinə etirazlara qatıldığını bildirir. "Mənim həyatım var və onu azad yaşamaq istəyirəm" deyən gənc qız "Öldürülməkdən qorxmuruq. Sonda rejimi dəyişəcəyik" ifadələrini işlədib.

Reuters agentliyinin telefonla danışdığı ölkənin hər yerindən onlarla iranlı gənc eyni fikirləri bölüşür. Adlarının çəkilməsini istəməyən tələbələr zorakılıq və zülm tərəfdarlarının idarə etdiyi sərt sistemdə ölkənin “qaranlıq gələcəyinin” olduğunu deyirlər.

Qeyd edək ki, etirazlar başlayandan bu günədək  45-i uşaq olmaqla ümumilikdə 300 nəfər həyatını itirib, minlərlə insan yaralanaraq həbs edilib. Buna baxmayaraq xüsusilə gənc nümayişçilərin təslim olmadığı müşahidə edilir.

Seymur, 

SİTAT.İNFO



Xəbər xətti