Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres, Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə edilən taxıl daşınması ilə bağlı razılaşmadan sonra Ukraynanın 3 ay ərzində 10 milyon ton taxıl və ərzaq məhsulu göndərməsini bir mərhələ kimi qiymətləndirdi.
Sitat.info-nun məlumatına görə, Quterreş; "Şahid olduğumuz bütün maneələrə baxmayaraq, Qara dənizdə ümid işığı hələ də parlayır, taxıl müqaviləsi təşəbbüsünün funksionallığını təmin etmək “ortaq məsuliyyət”dir" deyib.
Ukraynanın 3 ayda 10 milyon ton taxıl və ərzaq daşımasını Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanan taxıl daşınması razılaşmasından sonra "dönüş nöqtəsi" olaraq xarakterizə edən Quterreş, 19 noyabrda sonlanacak olan Taxıl Müqaviləsinin fasiləsiz həyata keçirilməsi və yenilənməsi mövzusunda Rusiya və Ukraynaya müraciət edib.
Həmçinin, Baş katib Quterreş qeyd edib ki, Rusiyanın ərzaq və gübrə ixracı qarşısındakı maneələr aradan qaldırılmalıdır.
Qeyd edək ki, qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə həyata keçirilən taxıl daşınması sazişi iyulun 22-də İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Ukrayna, Rusiya, Türkiyə və BMT arasında imzalanıb.
Seymur,
SİTAT.İNFO