G7-dən Ukraynaya qış yardımı

22:39 3 Noyabr 2022

Almaniyanın xarici işlər naziri Annalena Baerbok G7 ölkələrinin Ukraynaya qış yardımı göstərmək üçün koordinasiyalı hərəkətə keçdiyini açıqlayıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Münsterdə keçirilən G7 xarici işlər nazirlərinin görüşündən əvvəl açıqlama verən Almaniyanın xarici işlər naziri Annalena Baerbok “Biz G7 tərəfdaşlarımızla Ukraynaya qış yardımı edəcəyik” deyib.

Baerbok bir çox başqa ölkələrin də bu yardımı dəstəkləyəcəyini bildirdi:

"Bu qış yardımı həm də beynəlxalq hüququn pozulmasını qəbul etməyəcəyimiz anlamına gəlir. Rusiya prezidentinin Ukraynanı parçalamaq strategiyasını qəbul etməyəcəyik. Onun beynəlxalq birliyi pozmaq ümidlərini qəbul etməyəcəyik".

“Çin beynəlxalq məsələlərdə təkcə tərəfdaş deyil, həm də rəqibdir”

Rusiya prezidenti Vladimir Putini Ukraynanın enerji infrastrukturuna edilən hücumlara görə daha da qeyri-insani davranmaqda ittiham edən Baerbok, G7 ölkələrinin yaşlıların, uşaqların və gənc kütlələrin aclıqdan və soyuqdan ölməsinə icazə verməyəcəyini bildirib.

Baerbok Çin məsələsinə də toxunaraq, Çinin beynəlxalq məsələlərdə təkcə tərəfdaş deyil, həm də rəqib olduğunu vurğulayıb.

İranda baş.verın hadisələrə də toxunan Baerbok, hökuməti etirazları zorakılıqla yatırdığına görə tənqid edib və "İran rejimi həftələrdir ki, öz vətəndaşlarına qarşı amansız zorakılıq tətbiq edir. Bu prosesdə insanlar öldürülür" deyib. 

Seymur,

SİTAT.İNFO



Xəbər xətti