İsraildə prezident seçkilərinin nəticəsi açıqlanıb

22:49 3 Noyabr 2022

İsraildə səslərin sayılması prosesi başa çatdıqdan sonra ölkənin ən uzun müddətli baş naziri olan Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ blok 120 yerlik Parlamentə 64 deputat göndərir.

Sitat.info xəbər verir ki, təxminən 6,7 milyon qeydə alınmış seçicinin olduğu İsraildə noyabrın 1-də keçirilən ümumi seçkilərdə səslərin hesablanması başa çatıb. Seçkilərdə fəallığın 71,3 faiz olduğu açıqlanıb.

Netanyahunun başçılıq etdiyi Likud Partiyasını dəstəkləyəcəyi dəqiq hesab edilən sağçı blok 120 yerlik İsrail parlamentində 64 deputatla səs çoxluğu qazanıb.

İsrail Mərkəzi Seçki Komitəsinin açıqladığı rəsmi nəticələrə görə, Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası 32 deputatla qalib gəlib. Nəticələr açıqlandıqdan sonra Netanyahu sosial media hesabında İsrail bayraqlarını paylaşıb.

Seymur,

SİTAT.İNFO



Xəbər xətti