Ukrayna hərbçiləri noyabrın 3-də Rusiya işğalı altında olan Donetsk vilayətində qoşunların komandanlıq və müşahidə postunu məhv ediblər.
Sitat.info xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, ruslar işğal olunmuş yaşayış evlərindən birində məskunlaşıb.
Xəbərdə deyilir ki, ukraynalı hərbçiləri PUA-ların üzərini təşəkkür əlaməti olaraq vətəndaşlara imzaladıb, sonra işğalçıların üzərinə göndəriblər.
Nəticədə sərhədçilər 120 mm-lik minaatan atəşi ilə Rusiya işğalçı qoşunlarının komandanlıq və müşahidə məntəqəsini məhv ediblər.
Səid İsaoğlu,
Sitat.info