Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın qeyd etdiyi kimi, Türkiyə faktiki olaraq qaz bazarının müəyyən edildiyi ölkəyə çevrilmək istiqamətində irəliləyir.
İbrahim Kalın respublikada qaz dəhlizinin yaradılması çərçivəsində "Türk axını"nı gücləndirmək üçün daha bir boru kəmərinin inşasının mümkünlüyündən danışıb.
"Rusiya prezidenti Vladimir Putin gördü ki, orta və uzunmüddətli perspektivdə dünyanın bu hissəsində yeni enerji xəritəsi formalaşacaq. Bunun üçün ən təbii coğrafi yer Türkiyədir".
"İndi "Türk axını" var, onu daha da gücləndirmək və başqa bir boru xətti də çəkmək olar. Sonra şərqdən qərbə, şimaldan cənuba tamamilə yeni enerji xəritəsi yarana bilər. Növbəti 5-10 il perspektivlə düşünün. Əgər bu baş verərsə, deməli, bir sözlə, Türkiyə təkcə qaz tranziti ölkəsinə çevrilməyəcək, ən əsası qaz bazarının və qaz ehtiyatlarının müəyyən edildiyi ölkəyə çevrilmək istiqamətində irəliləyəcək", - Kalin vurğulayıb.
Səid İsaoğlu,
SİTAT.İNFO