Rusiya işğalçıları yenidən Nikolayevi S-300 raketləri ilə bombardman etdilər. Bombardman nəticəsində anbar, inzibati bina və maşınlar məhv edildi.
Sitat.info xəbər verir ki, bunu "Telegram"da Mykolaiv vilayət hərbi idarəsinin sədri Vitali Kim bəyan edib.
"Ötən gecə ruslar Nikolayevi S-300 raketləri ilə atəşə tutub. Nəticədə anbar dağıdılıb, yaxınlıqda dayanan inzibati bina və maşınlar yararsız hala düşüb. Həmçinin, raket zərbəsinə görə, başqa bir anbarda yanğın baş verib. Bu hadisə tez bir zamanda Mykolaiv vilayətində Dövlət Fövqəladə Xidməti tərəfindən aradan qaldırlıb".
Bundan başqa, ruslarBaştanskiy rayonu bombardmanı davam edir. Həmçinin noyabrın 3-də gecə Şirokovskaya kəndi bombardman edilib, dağıdılmış binalara və açıq ərazilərə zərbələr dəyib.
Səid İsaoğlu,
SİTAT.İNFO