Polşa Aİ-nin qaza qənaət qərarını Avropa Ədalət Məhkəməsinə verir

14:05 4 Noyabr 2022

Polşa, Avropa Birliyinin təbii qaz istehlakını azaltmaq üçün etdiyi tənzimləmənin iyul ayında yekdilliklə qəbul edilmədiyi səbəbiylə Avropa Ədalət Məhkəməsinə şikayət etdi.

Sitat.info xəbər verir ki, ədliyyə nazirinin müavini Sebastian Kaleta, sözügedən tənzimləmənin razılaşmalara zidd olduğunu ifadə edərək, "Yekdil prosedura tabe olmadı" ifadəsini işlətdi.

Polşanın veto hüququnun müqavilələrdə açıq şəkildə göstərilməsinə baxmayaraq bloklandığını ifadə edən Kaleta, “Bu, çox vacibdir, çünki bir neçə ildir enerji sahəsində yeni həllər gətirən AB, Polşanı veto hüquqndan istifadə imkanından məhrum edir. qiymətləndirməsini etdi.

Kaleta, Aİ-nin enerji səbətini formalaşdırmaq səlahiyyətlərini tam şəkildə ələ keçirmək üçün enerji böhranından istifadə etməyə çalışdığını iddia etdi.

Qeyd edək ki, Aİ iyul ayında aldığı qərarla Rusiyadan təbii qaz axınının kəsilməsi ehtimalına qarşı hazırladığı fövqəladə vəziyyət planı çərçivəsində bütün üzv ölkələrdən qaz istehlakını 15 faiz azaltmağı tələb etmişdi. 

Seymur,

SİTAT.İNFO



Xəbər xətti