Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi aparılıb.
Sitat.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Ukrayna ilə aparılan danışıqlar nəticəsində 107 rus əsgəri sərbəst buraxılıb.
İlk olaraq əsgərlərə lazımi tibbi və psixoloji dəstəyin göstərildiyi vurğulanıb.
Azad olunan hərbi əsirlərin Moskvaya aparıldığı vurğulanıb.
Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak "Telegram" hesabında etdiyi paylaşımda bildirib ki, əsirlərin mübadiləsi nəticəsində "Azovstal" döyüşçülərindən 107-si rus əsirliyindən azad edilib.
Qeyd edək ki, tərəflər arasında bundan əvvəlki əsir mübadiləsi 29 oktyabrda baş tutmuşdu.