İspaniya nəzarətdən çıxan Çin raketinə görə hava məkanını bağlayıb

19:06 4 Noyabr 2022

Dünyanın bəzi bölgələri kosmosdan gələn təhlükəni həyəcanla seyr edərək nəfəslərini tutublar.

Sitat.info-nun ötən gün xəbər verdiyi kimi, Çinin kosmosa göndərdiyi raket geri dönərkən idarəetmədən çıxıb. Raketin dünyanın harasına düşəcəyi məlum deyil. Türkiyə Kosmik Agentliyi raket daşıyıcısının Türkiyəyə düşəcəyi xəbərinə "Çin Milli Kosmik İdarəsi ilə əlaqə saxlayırıq" açıqlamasını verib.

Son modulu Çinin Tianqonq Kosmik Stansiyasına daşımaq üçün oktyabrın 31-də buraxılan raketin Yerə qayıtması narahatlıq yaradıb.

İdarədən çıxan "Long March 5B" adlı daşıyıcı raket Yer kürəsini saatda 28 min kilometr sürətlə dövrə vuraraq Yerə yaxınlaşır.
Müxtəlif kosmos təşkilatları  raketin marşrutunu hesablamağa çalışır.

İspaniya Çinin nəzarətdən çıxan raketinin qalıqlarının düşəcəyi yerlərdə hava məkanının bir hissəsini bağlayıb.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti