Peruda onlarla turist girov götürüldü

20:28 4 Noyabr 2022

Peruda yerli sakinlər hökumətə etiraz məqsədilə onlarla xarici turisti girov götürüblər.

Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, Britaniya, İspaniya, ABŞ, Fransa və İsveçrə vətəndaşları da daxil olmaqla, 70 qayıq sərnişin girov saxlanılıb.

Etirazçılar bildirib ki, Urarinas bölgəsində neft borusunda problem yaransa da, hakimyyət onun həllinə çalışmır:

“Biz bununla hakimiyyətin fəaliyyətsizliyinə diqqəti cəlb etməyə çalışırıq. Hətta əvvəllər boru kəmərindən Kuniniko çayına sızan neft bölgədə bir qadın və iki uşağın ölümünə səbəb olub”.

 Onlar ələ keçirilən turistləri təxminən bir həftə saxlamağı planlaşdırıblar.

Qeyd edək ki, girovlar arasında körpə və müxtəlif dərəcəli əlilliyi olan bir neçə nəfər var.



Xəbər xətti