"İqlim böhranı təhlükəsizliyimizi təhdid edir"

23:50 4 Noyabr 2022

Almaniyanın xarici işlər naziri Annalena Baerbok bildirib ki, iqlim böhranı hər kəsin təhlükəsizliyini təhdid edir.

Sitat.info xəbər verir ki, Baerbock, Almaniyanın Münster şəhərində ev sahibliyi etdiyi G7 Xarici İşlər Nazirləri Toplantısından sonra təşkil edilən mətbuat konfransında, G7 ölkələrinin dünyanın ən aktual problemlərinin həlli yollarının tapılmasına bütün ağırlığını verməli olduqlarını bildirdi.

Bunun iqlim böhranını da əhatə etdiyini ifadə edən Baerbock, "İqlim böhranı hamımızın təhlükəsizliyini təhdid edir və bu səbəbdən bu əsrin varoluş böhranıdır" dedi.

İqlim böhranının nəticələrinin insanların Afrika, Asiya və ya Latın Amerikası kimi iqlim böhranının ortaya çıxmasına ən az töhfə verdiyi yerlərdə hiss olunacağını ifadə edən Baerbock, Afrikadan bəzi ölkələri görüşə dəvət etdi.

İclasda iqlim böhranının nəticələrinin azaldılması ilə bağlı müzakirələr aparıldığını izah edən Baerbok, "Dünya yanmaqdadır. İqlim böhranını sona çatdırmayacağıq, ancaq onu azalda bilərik. Çünki emissiyalar artmaqda davam edir. Hal-hazırda, atəşi yandırırıq”. qiymətləndirməsini etdi.

İqlim böhranına qarşı enerji transformasiyasının sürətləndirilməsi və bərpa olunan enerjinin genişləndirilməsi lazım olduğunu ifadə edən Baerbock, “Bütün alətlər əlimizdədir. Sadəcə, tədbir görmək lazımdır” -dedi.

Seymur,

SİTAT.İNFO



Xəbər xətti