İlon Maskın satın aldığı Twitter-in gəlirləri çökdü

08:20 5 Noyabr 2022

Məşhur amerikalı milyarder İlon Mask 44 milyard dollara aldığı Twitter-də aktivist qrupların reklamçılara təzyiq göstərməsi səbəbindən gəlirində böyük azalma olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Dünyanın ən zəngin adamı, Tesla və SpaceX-in baş direktoru İlon Mask 44 milyard dollara aldığı Twitter-in gəlirində böyük azalma olduğunu açıqlayıb.

“Twitter”in gəlirində böyük azalma var”

Sosial media hesabından açıqlama verən Musk, "Məzmun moderasiyası ilə bağlı heç nə dəyişməsə də və aktivistləri razı salmaq üçün əlimizdən gələni etsək də, aktivist qrupların reklamçılara təzyiqi nəticəsində Twitter-in gəliri xeyli azalıb. Onlar ABŞ-da ifadə azadlığını məhv etməyə çalışırlar" ifadələrini işlətdi.

Qeyd edək ki, keçən həftə Twitter-i 44 milyard dollara satın aldıqdan sonra Mask direktorlar şurasını dağıtdı və Twitter-in yeganə direktoru oldu. Mavi emblemli hesablardan 8 dollar alınacağını açıqlayan Mask Twitter istifadəçilərindən böyük reaksiya alıb.

Seymur,

Sitat.info



Xəbər xətti