NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putini ittiham edib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Baş katib Rusiyanın Ukraynaya qarşı işğal əməliyyatını dəyərləndirib.
O, müharibəni Putinin başlatdığını vurğulayıb:
“Rusiya başa düşməlidir ki, nüvə müharibəsinin qalibi olmayacaq. Bu müharibəni Putin başlatdı və hər şey onun seçimi idi. İstəsə, sabah müharibəni bitirə bilər”.