Xəbərdarlıq edildi! Son 8 il yer üzündə ən isti dövr ​​ola bilər

11:52 7 Noyabr 2022

Ümumdünya Meteorologiya Təşkilatı 2022-ci il üzrə Qlobal İqlim Vəziyyəti hesabatını açıqlayıb. 

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, hesabata görə, iqlim dəyişikliyinin əlamətləri getdikcə “dramatik” hala düşəcək, nromadan artıq istilik dalğaları  quraqlığa və dağıdıcı daşqınlara səbəb olacaq. Nəticədə bu  milyonlarla insanın həyatına təsir edəcək və milyardlarla dollar ziyan vuracaq.  Bu il qlobal temperaturun 1850-1900-cü illərin orta göstəricisindən təxminən 1,15 dərəcə yüksək olacağı təxmin edilir.

Qeyd edək ki, Karbon dioksid, metan və azot oksidi də daxil olmaqla dünya miqyasında istixana qazları emissiyaları keçən il yenidən rekord səviyyəyə çatıb.

Məlumatlar göstərir ki, bu üç qazın atmosfer səviyyəsi bu il də yüksəlməkdə davam edir.

İstixana qazlarının tullantılarının getdikcə artması səbəbindən son 8 il dünyanın ən isti illəri kimi qeydə alınacaq. Bundan əlavə, 2013-2022-ci illər üçün 10 illik orta temperaturun 1850-1900-cü illərdən 1,14 dərəcə yüksək olacağı təxmin edilir.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti