SON DƏQİQƏ! Kiyevin təxliyyə planı hazırlanır - Əhaliyə xəbərdarlıq edildi

12:45 7 Noyabr 2022

Kiyev meri Kliçko sakinlərə müraciət edib. O deyib ki,  Kiyev sakinləri elektrik enerjisinin tamamilə kəsiləcəyi təqdirdə şəhəri təxliyə etməyə hazır olmalıdırlar.

Sitat.info xəbər verir ki, Rusiya Ukraynanın mühüm infrastruktur obyektlərinə hücumları davam etdirir. Hücumlar nəticəsində enerji sisteminin 40 faizi zədələnib və ya tamamilə sıradan çıxıb, ölkənin bir çox bölgəsində elektrik və su kəsilib.

Hökumətdən isə paytaxt Kiyevlə bağlı kritik xəbərdarlıq gəlib. Ukraynada  televiziya kanallarına danışan Kiyev meri Vitali Kliçko Rusiyanı “terrorçuluq” və “soyqırım”da ittiham edərək, deyib ki,indi baş verənlərin hamısı (infrastrukturlara hücum) soyqırımdır. 

Dövlət qurumlarının elektrik və suyun kəsilməsinin qarşısını almaq üçün əlindən gələni etdiyini deyən Kliçko, "Kiyev sakinləri elektrik enerjisinin tamamilə kəsiləcəyi təqdirdə şəhəri boşaltmağa hazır olmalıdırlar" sözlərini işlədib.

O  bildirib ki, Kiyevdə 3 milyona yaxın insan belə bir vəziyyətlə qarşılaşdıqda dostlarının və ya qohumlarının yanına getməyə hazır olmalıdır və "ən pis ssenariyə" hazır olmalıdırlar.

Məlumdur ki, qış aylarında paytaxt Kiyevdə havanın temperaturu sıfırdan aşağı düşür. Müharibə vəziyyətində humanitar şərtləri müəyyən edən Cenevrə Konvensiyası isə müharibələrdə mülki şəxslərin hədəfə alınmamasını bəyan edir. Amma Rusiya buna əməl etmir. 

Məğrur,

SİTAT.İNFO



Xəbər xətti