Dünya tibb tarixində İLK - Bundan sonra...

15:10 7 Noyabr 2022

Dünya tibb tarixində bir ilk yaşanıb. 

 

Sitat.info xəbər verir ki, ilk dəfə labaratoriyada istehsal edilən qan insana vurulub. Hazırda bir neçə yemək qaşığı miqdarında olan qanın bədəndə hansı reaksiyanı verəcəyini test edəcəklər.

Bu təcrübə 10 sağlam insan üzərində aparılır. Həmin qan hüceyrələri bu şəxslərin bədənində radioaktiv maddə ilə işarələnərək izlənilir. 

Araşdırmanın məqsədi, qanvermənin qarşısını almaq deyil. Çox nadir tapılan qan qruplarını artırmaqdır. Bəzi anemiya xəstələri var ki, onlara mütəmadi olaraq qan nəqli həyata keçirilməlidir. 

BBC-də yer alan məlumata görə, əgər nəql edilən qan əks təsir göstərərsə, bunu bədən rədd edir və müalicə uğursuzluqla nəticələnir.

Bristol universitetinin professoru Əşli Toyinin sözlərinə görə, elə qan qrupu var ki, ondan dünyada sadəcə 10 adamdda rast gəlinir. 

Məsələn, Hindistanda aşkar edilən "Bombay" adlı qan qrupu İngiltərədə sadəcə 3 adamda rast gəlinib. 

/Manset.az




Xəbər xətti