ABŞ-da partlayış: əhali təxliyə edilir

22:26 7 Noyabr 2022

ABŞ-ın Corciya ştatındakı kimyəvi zavodda silsilə partlayışlar və güclü yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Məlumata görə, yanğın səbəbindən icra strukturları zavod və ətrafdakı icmaları evakuasiya etməyə məcbur olub. Üç yaşayış məntəqəsi də boşaldılıb.

Hazırda yanğın lokallaşdırılıb, lakin xilasetmə xidmətləri küləyin istiqamətinin dəyişməsindən narahatdır.

/Axar.az



Xəbər xətti