Ukrayna Prezidenti Vladimir Zelenski İndoneziyada keçiriləcək “Böyük İyirmilik” (G20) sammitində iştirak edəcək.
APA “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Serqey Nikiforov məlumat yayıb.
“Vladimir Zelenski İndoneziyanın Bali adasında keçiriləcək sammitdə hər hansı formatda iştirak edəcək” – Nikiforov qeyd edib. O, Prezidentin böyük ehtimalla tədbirə onlayn formatda qatılacağını deyib.
Xatırladaq ki, 15-16 noyabr tarixlərində İndoneziyanın Bali adasında “Böyük İyirmilik” (G20) sammiti keçiriləcək.