Ukrayna əsgərləri Luqansk vilayətinin Svatov istiqamətində sürətlə, lakin ehtiyatla irəliləyir.
Sitat.info xəbər verir ki, bunu Luqansk regional hərbi dairəsinin rəhbəri Sergey Qayday deyib.
"Ruslar həqiqətən də ehtiyat əsgərlərini geri çəkib müdafiəyə hazırlaşmağa nail olublar. Buna görə də Ukrayna əsgərləri ehtiyatlı irəliləmə taktikasına əməl edirlər. Çox böyük sayda səfərbər edilmiş insan Luqansk istiqamətində cəmləşib. Ukrayna əsgərlərinin sözlərinə görə, ruslar öz əsgərlərinin cəsədləri üzərində döyüşürlər. Meyitləri döyüş meydanından götürən yoxdur", - o bildirib.
/Axar.az